"Mercedes" motosikletə çırpıldı - Türkiyə vətəndaşı ağır xəsarət alıb

Qəzalar 22 Avqust 2017 10:05 Oxunub 618
"Mercedes" motosikletə çırpıldı - Türkiyə vətəndaşı ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib

Bakıda baş verən qəza zamanı Türkiyə vətəndaşı ağır xəsarət alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, "Elite" ticarət mərkəzinin qarşısında 1995-ci il təvəllüdlü Karakaya İbrahim Mehmet oğlu idarə etdiyi motosikletlə yolu keçmək istəyib. Lakin bu zaman "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə motosikletin sürücüsü kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh