Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib

Qəzalar 22 Avqust 2017 12:48 Oxunub 689
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 21-də saat 18 radələrində rayonunun Padarçöl kəndi ərazisindəki əkin sahəsində qeydə alınıb. Belə ki, Sabirabad rayon sakini Tahir Əliyev idarə etdiyi MAZ markalı avtomobili ilə iş görərkən avtomobilə minmək istəyən İmişli rayon sakini Ramazan Şıxalıyevi vurub. R.Şıxalıyev hadisə yerində ölüb. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh