Sərxoş piyada keçiddən keçmədi - Sonu belə oldu – FOTO

Qaydalar 22 Avqust 2017 13:28 Oxunub 1333
Sərxoş piyada keçiddən keçmədi - Sonu belə oldu – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramanada yerüstü piyada keçidindən keçməyən şəxs öldü

Bakıda avtomobil yerüstü piyada keçidindən keçməyən şəxsi vuraraq öldürüb. Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ramana qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında təxminən 40 yaşlı kişi yolu keçmək istəyən zaman onu Vüsal Hüseynovun idarəetməsində olan "Naz Lifan" markalı avtomobil vurub. Nəticədə şəxsiyyəti hələlik məlum olmayan şəxs hadisə yerində ölüb. Avtoqəzanın qeydə alındığı əraziyə yol patrul xidməti və polis əməkdaşları cəlb edilib. Sürücü V. Hüseynov Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada yolu keçərkən tək olmayıb. Onunla birlikdə yolu başqa bir nəfər də keçirmiş. Hər iki şəxs sərxoş imiş. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, Ramanada dünən 60 yaşlı qadını da maşın vuraraq öldürüb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh