Azərbaycanda 15 saniyədə 5 dəfə qayda pozan polis - VİDEO

Yol polisi 22 Avqust 2017 13:41 Oxunub 7990
Azərbaycanda 15 saniyədə 5 dəfə qayda pozan polis - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin körpüdə həmişə ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verir

Ağstafa rayonunda qayda-qanunu saymayan polis əməkdaşının görüntüləri Avtosfer.az saytının kamerasına düşüb. Avqustun 15-də Ağstafa rayonunda yerləşən körpünün üzərində hərəkətdə olan 20-DT-074 qeydiyyat nişanlı "VAZ-2170" markalı avtomobilin sürücüsü sükan arxasında telefonla danışaraq hərəkət sürətini aşıb və 1.1 nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozub. Sürücü sükan arxasında polis formasında olub və Ağstafa rayon Polis Şöbəsinin əməkdaşıdır.

Ümumilikdə isə həmin sürücü eyni vaxtda 5 qayda pozur:

1) Hərəkət sürətini aşır.

2) Təhlükəsizlik kəmərindən istifadə etmir.

3) Sükan arxasında telefonla danışır.

4) Əks istiqamətə çıxır.

5) Dönmə işığını yandırmır.

Qeyd edək ki, həmin körpüdə həmişə ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verdiyinə görə həmin ərazidə hərəkət sürəti azaldılıb və ötmə qadağan olunub. Lakin buna baxmayaraq polis əməkdaşı həmin qaydalara riayət etmir. Polis buna əməl etmirsə digər sürücülər necə əməl etsin?

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh