“Motobus” - şəhərin ortasında şütüyən zibil maşını – FOTOLAR

Yazarlar 22 Avqust 2017 14:40 Oxunub 1590
“Motobus” - şəhərin ortasında şütüyən zibil maşını – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki halda qaydalar pozulmaqla yanaşı təhlükəli vəziyyət var

Təqdim edəcəyimiz fotolar Bakı şəhərində çəkilib. Fotoların birində şəhərin mərkəzi küçəsi ilə içərisi zibillə dolu olan yük maşını hərəkət edir. Maşının üzərində xüsusi örtük (tent) olmaması bir yana, zibilin miqdarı o qədərdir ki, küçəyə dağılma ehtimalı böyükdür.

Digər fotoda isə şəhərin təmizliyi ilə məşğul olan süpürgəçilər kuzalı motosikletin yük yerində sərnişin qismində daşınır. Bu isə kobud qayda pozuntusu olmaqla yanaşı həmin insanların həyatını da təhlükəyə atır.

Digər tərəfdən burada mənəvi bir məsələ də var. Onsuz da yaşlı qadınların küçə süpürməsi ənənəsi qəbuledilməzdir. Həmçinin bu insanları bir yerdən başqa yerə aparmaq üçün normal nəqliyyat vasitəsindən istifadə etməyən MİS rəisi görəsən özü bu "motobusda" gedərmi?

 

Orxan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh