Erməni yol polisinin qulağını qopardılar

Yol polisi 22 Avqust 2017 16:36 Oxunub 1367
Erməni yol polisinin qulağını qopardılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zebelyan xəstəxanaya çatdırılıb

Bazar günü, avqustun 20-də Abxaziyanın Suxumi şəhərində 25 yaşlı Aynar Avidzbanın idarə etdiyi avtomobil saxlanılıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, yol polisi əməkdaşı Albert Zebelyan protokol tərtib edib və sürücünun avtomobili texniki pasportu olmadan idarə etdiyini yazıb. Növbəsini təhvil verəndən sonra Zebelyan evinə gedib. Evinin yaxınlığında isə onu Aynar Avidzba və naməlum bir kişi gözləyirmiş. Onlar polis işçisini döyüblər. Təcili tibbi yardımın feldşeri bildirib ki, döyülmüş polis işçisinin bir qulağı kəsilib. Zebelyan xəstəxanaya çatdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh