Yol kənarındakı restoranlarda spirtli içki satmaq düzgündürmü? - VİDEO

Yazarlar 23 Avqust 2017 00:14 Oxunub 1084
Yol kənarındakı restoranlarda spirtli içki satmaq düzgündürmü? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi sürücü və sərnişinlər yol kənarında spirtli içki satılmasını istəmirlər

Paytaxtdan bölgələrə üz tutduqda yol kənarında xeyli restorana rast gəlirik. Əksəriyyətində də spirtli içki satılır. Nəzərə alsaq ki, bu restoranlarda yeyib-içənlərin hamısı yol hərəkət iştirakçılarıdır, onda belə sual ortaya çıxır: yol kənarındakı restoranlarda spirtli içki satmaq düzgündürmü? Bununla bağlı sürücülərin və sərnişinlərin münasibətini öyrənmişik.

Araşdırmamız zamanı məlum olub ki, Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində az da olsa bir neçə restoranda spirtli içki satışı yoxdur. Üstəlik müştərinin kənardan gətirməsi də qadağan edilir. Amma əksər restoranlarda spirtli içki təklif edilir. Sürücülərin və sərnişinlərin buna münasibəti isə bərmanlı deyil.

Bəzi sürücülər isə spirtli içki satışına qarşı olmasalar da, sürücülərə satılmasının tərəfdarı deyillər.

Bəzi sürücü və sərnişinlər isə ümumiyyətlə yol kənarında spirtli içki satılmasını istəmirlər.

Məsələ ilə bağlı restoranların da mövqeyini öyrənməyə çalışdıq. Müsahibə vermək istməsələr də, şifahi olaraq bildirdilər ki, tələbata uyğun olaraq müxtəlif cür sərindəşdirici və spirtli içkiləri müştərilərə təklif edirlər. Burada da sürücü və sərnişin olmalarına fərq qoymurlar. İçib-içməmək isə onların öz məsuliyyətindən asılıdr.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh