“Naz Lifan”la “Mercedes” yarışa çıxdı - "Avtoş"luq VİDEOsu

Avtoreyd 23 Avqust 2017 00:38 Oxunub 5507
“Naz Lifan”la “Mercedes” yarışa çıxdı - "Avtoş"luq VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların göstərdiyi təhlükəli şou kameraya düşüb

Avqustun 2-də avtoxuliqanlıq edən iki məsuliyyətsiz sürücünün əməli Avtosfer.az-ın kamerasına tuş gəlib. 99-KC-997 qeydiyyat nişanlı "Mercedes" və 99-HF-560 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüləri Xırdalan şəhəri Zeynalabdin Tağıyev küçəsində yüksək sürətlə ötüşərək sərt manevrlər edib. Onlar sağdan ötmə həyata keçiriblər. Bundan sonra ayırıcı zolağın kəsiyində “Mercedes”in sürücüsü qəfildən sola dönərək qarşıdan gələn avtomobillərə, “Naz Lifan”ın sürücüsü isə yolun ortasında dayanaraq arxadan gələn avtomobillərə təhlükə yaradıb.

Bu cür sürücülər sərt cəzalandırılmalıdır ki, yolda belə oyunlar çıxararaq günahsız insanların həyatına son qoymaqdan əl çəksinlər.

Qeyd edək ki, Azərbaycanda “Naz Lifan” markalı avtomobillərin əksəriyyəti Qarabağ əlillərinə verilib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh