Qatar yük avtomobili ilə toqquşdu: 74 yaralı

Qəzalar 23 Avqust 2017 09:34 Oxunub 858
Qatar yük avtomobili ilə toqquşdu: 74 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Onlardan 4-ü ağır vəziyyətdədir

Hindistanda "Kaifiyat Express" sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, onlardan 4-ü ağır vəziyyətdədir. Hadisə zamanı ölənlərin olub-olmaması barədə məlumat verilmir. Sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində 8 vaqon relsdən çıxıb. Onlardan biri aşıb.

***04:22

Hindistanda "Kaifiyat Express" sürət qatarı yük avtomobili ilə toqquşaraq relsdən çıxıb. Hadisə ölkənin şimalında, Uttar-Pradeş ştatında olub. Qəza nəticəsində 40-dan çox sərnişin xəsarət alıb. Yerli hakimiyyət orqanları yaralıların sayını təsdiqləyiblər. Ölənlər barədə məlumat daxil olmayıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh