İki avtomobil toqquşdu: 2 piyada xəsarət alıb - Bakıda

Qəzalar 23 Avqust 2017 09:36 Oxunub 667
İki avtomobil toqquşdu: 2 piyada xəsarət alıb - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlar xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıb

Sabunçu rayonunda iki avtomobilin toqquşması zamanı piyadalar xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Bakıxanov qəsəbəsində iki minik avtomobili toqquşub. Hadisə zamanı yol kənarı ilə hərəkət edən 1963-cü il təvəllüdlü Nəbiyeva Mehriban Talıb qızı və onun oğlu 2005-ci il təvəllüdlü Nəbiyev Coşqun Daşqın oğluna toqquşan avtomobillərin metal hissələri çıpılıb. Nəticədə hər iki şəxs müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlara xəstəxanada ilkin tibbi yardım göstərilib. Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh