İki ayağından əlil olan sürücü piyadanı vurub - Bakıda

Qaydalar 23 Avqust 2017 09:37 Oxunub 1098
İki ayağından əlil olan sürücü piyadanı vurub - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır

Bakıda iki ayağından əlil olan sürücü piyadanı vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.  Belə ki, Maştağa qəsəbəsində yolu keçmək istəyən Məmmədov Qədir Fərxan oğlunu 78-80 yaşlı, iki ayağından əlil sürücü idarə etdiyi “Zaporojets” markalı avtomobillə vurub. Nəticədə Q. Məmmədov ağır xəsarət alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər Q.Məmmədovun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh