Gecələr yollarda dolaşan işıqsız ölüm maşınları – VİDEO

Qaydalar 23 Avqust 2017 11:20 Oxunub 1616
Gecələr yollarda dolaşan işıqsız ölüm maşınları – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsanların həyatını konkret riskə atırlar

Təqdim edəcəyimiz video Bakı-Xaçmaz-Yalama yolunun 168-ci km-də çəkilib. Qeyd edilən ərazidə sürət həddi saatda 90 km-dir. Maraqlıdır ki, yollarfa işıqsız böyükqabaritli avtomobillər hərəkət edir. Bu isə qaranlıq vaxtda, özü də işıqlandılrılmayan ərazidə böyük təhlükə yaradır. Həmin avtomobillər aşağı sürətlə hərəkət edir. Ərazidəki maksimum sürət rejimi - 90-la arxadan gələn avtomibilin sürücüsü bir az diqqətsiz olsa qarşıdakı yük maşını ilə toqquşma qaçılmazdır.

Qeyd edək ki, qanunvericiliyə görə, sutkanın qaranlıq vaxtı vә ya mәhdudiyyәtli görünmә şәraitindә, habelә tunellәrdә hәrәkәtdә olan nәqliyyat vasitәlәrindә vә qoşqularda işıq cihazları vә işıq siqnalları yandırılmalıdır.

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh