İki mikroavtobus toqquşdu: 28 nəfər xəsarət alıb

Qəzalar 23 Avqust 2017 11:23 Oxunub 754
İki mikroavtobus toqquşdu: 28 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın törədilməsində günahı olan sürücünü cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir

Gürcüstanın Quriya şəhəri ilə Acariya Respublikasını birləşdirən avtomobil yolunda iki sərnişin mikroavtobusunun toqquşması nəticəsində 28 nəfər xəsarət alıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza Quriyanın Qara dəniz sahilində yerləşən Şekvetili kurort qəsəbəsində baş verib. Məlumata görə, xəsarət alanlar Acariyanın Kobuleti şəhər xəstəxanasına yerləşdiriliblər. Yaralıların 4-nün vəziyyəti ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın törədilməsində günahı olan sürücünü cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh