DİN: Lənkəranda avotomobili yandıran şəxs saxlanılıb

Gündəm 23 Avqust 2017 12:49 Oxunub 1022
DİN: Lənkəranda avotomobili yandıran şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, kafenin qarşısında olan şəbəkəyə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb

Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Regional Elektrik Şəbəkəsinə məxsus avotomobilin yandırılması ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh