Zabrat avtobusunda cibgir yaxalanıb

Gündəm 23 Avqust 2017 13:42 Oxunub 807
Zabrat avtobusunda cibgir yaxalanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Emil Namazov zərərçəkən şəxs tərəfindən saxlanılaraq 15-ci PB-yə təhvil verilib

Sabunçu rayonu ərazisində sərnişin avtobusunda rayon sakininin cibindən pul oğurlamağa cəhd göstərmiş E.Namazov zərərçəkən şəxs tərəfindən saxlanılıb. Daxili İşlər Nairliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, xətt avtobusunda qəsəbə sakini İsa Hüseynovun cibindən 550 manat pulu oğurlamağa cəhd göstərmiş Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Namazov zərərçəkən şəxs tərəfindən saxlanılaraq 15-ci PB-yə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh