Onu tanıyanlar 102-yə zəng etsin – Meyiti dənizdən tapılıb

Gündəm 23 Avqust 2017 14:24 Oxunub 4142
Onu tanıyanlar 102-yə zəng etsin – Meyiti dənizdən tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dənizdən naməlum qadın meyiti tapılıb 

Avqustun 8-də saat 15 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, meyitin əlamətləri: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır. Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub. 

Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh