Şok kadrlar: əlil qadına avtobusda 6 gənc təcavüz etdi - FOTO

Gündəm 23 Avqust 2017 18:05 Oxunub 5497
Şok kadrlar: əlil qadına avtobusda 6 gənc təcavüz etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Olay Mərakeşin Kasablanka şəhərində baş verib

Mərakeşdə kütləvi etiraz aksiyaları başlanıb. Aksiya iştirakçıları dünən həbs olunmuş 6 yeniyetməyə ən ağır cəzaların verilməsini tələb edirlər. Avtosfer.az milli.az-a istinadən bildirir ki, yaşları 15-17 arasında olan bu gənclər sərnişin avtobusunda 29 yaşlı əlil qadına xüsusi amansızlıqla təcavüz ediblər. Olay Mərakeşin Kasablanka şəhərində baş verib. Marşrut avtobusuna minən, sağ əli və sağ ayağı iflic olan qadın oturacağa əyləşəndən az sonra avtobusdakı yeniyetmələr ona sataşmağa başlayıblar. Daha sonra onlar qadına əl atıblar. Qadın ağlayıb, qışqırıb, amma avtobusdakı digər sərnişinlər ona yardım etməyiblər. Əksinə, növbəti dayanacaqda əxlaqsız yeniyetmələrdən savayı, bütün sərnişinlər tələsik avtobusu tərk ediblər. Yeniyetmələr qadını zorlayıblar və bunu avtobusun sürücüsü də görüb. Fəqət, o da heç nə etməyib. 6 yeniyetmə həbs olunub. Olayla bağlı Mərakeşin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir. Mərakeşdə qadınlar arasında keçirilmiş anonim sorğunun nəticələrinə görə, respondentlərin 2/3-si fiziki, psixoloji, seksual və ya iqtisadi təzyiqlərə məruz qaldıqlarını deyiblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh