Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb – FOTO + VİDEO

Gündəm 23 Avqust 2017 14:58 Oxunub 912
Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tapıllan insan sümükləri başqa ərazidə yenidən basdırılıb

Xızı rayonunda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, məzarlıq Xızı-Altıağac yolunun çəkilişi zamanı qazıntı işləri aparan Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub. Belə ki, yolun Altıağac qəsəbəsinin ərazisindən keçən hissəsində qazıntılar zamanı insana məxsus xeyli sayda kəllə sümükləri aşkarlanıb. Yerli sakinlərin sözlərinə görə, məzarlığın aşkar olunduğu ərazidə qədim kənd olub və orada aşkarlanan insan skletlərinin həmin kəndin sakinlərinə məxsus olduğu ehtimal edilir. Tapılan insan sümükləri Yol İstismar İdarəsinin əməkdaşları və yerli sakinlər tərəfindən başqa ərazidə yenidən basdırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh