Dağılmış cənub yolu: rəsmi qurumlar hara baxır? - VİDEO

Yazarlar 24 Avqust 2017 08:38 Oxunub 3616
Dağılmış cənub yolu: rəsmi qurumlar hara baxır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınlara artıq vurulan yük yolun sıradan çıxmasına səbəb olub

Bakı ilə ölkənin cənubunu, həmçinin qonşu İranı birləşdirən yoldan hər gün minlərlə sürücü istifadə edir. Amma yolun vəziyyəti bu gün çox acınacaqlıdır. Bununla bağlı sosial şəbəkələrdə, mətbuatda məlumatlar yayılsa da hələ ki, hər hansı bir reaksiya yoxdur. Sanki Bakı-Astara yolunun Salyan-Biləsuvar rayonu ərazisindən keçə hissəsi heç kimi maraqlandırmır. Görünür rəsmi şəxslərin regiona səfəri olmadıöından hələ ki, məsələ açıq olaraq qalır. 

Qeyd edək ki, alternativ olaraq eyni istiqamətə yeni yol çəkilir. Amma bu yeni yolun çəkilməsi köhnənin tamamilə sıradan çıxmasına səbəb olub. Burada da əsas günah iş icraçılarınındır. Ağır tonnajlı yük maşınlarına həddindən artıq vurulan yük qeyd edilən ərazidə yolun sıradan çıxmasına səbəb olub. Çünki sözügedən ərazidə körpü tikintisihəyata keçirilir. Yeni düzəldən icraçıları deyərən köhnə yolun dağılması qəti maraqlanmdırmır. 

Eyni mənzərə Lənkaran-Lerik yolunda da mövcuddur. Qeyd edilən ərazidən dağı çaparaq torpaq daşıyan yük maşınları meşələrin arası ilə bir vaxtlar təbii tuneli xatırladan yolu bərbad vəziyyətə qoyublar.

Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələyə münasibət bildirəcək. Bir müddət əvvəl yeni çəkilən yolun pullu olması ilə əlaqədar olaraq məlumatlar yayılanda açıqlama verildi ki, alternativ yol da bərpa ediləcək. Amma bərpa edilməklə, dağıdıb yenidən tikməyin arasında fərq çoxdur. Avtosfer.az sözügedən ərazi ilə bağlı sürücülərdən birinin çəkdiyi videonu təqdim edir:

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh