Quba-Xaçmaz yolunda təmir-bərpa işləri aparılır - VİDEO

Yeniliklər 24 Avqust 2017 10:36 Oxunub 1244
Quba-Xaçmaz yolunda təmir-bərpa işləri aparılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun ümumi uzunluğu 22 km təşkil edir

Azərbaycanın avtomobil yollarında yağıntılar və intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri davam etdirilir. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə həm turizmin inkişafı baxımından, həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 22 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 3.75 m enində yolun hərəkət hissəsi və 2.25 m enində çiyinlər daxildir. Sözügedən yolun 5.5 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər hissələrdə isə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi, yararsız qruntun qazılaraq çıxarılması və yerinə yararlı material tökülərək kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.

Ümumilikdə işlər zamanı yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir. İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 52 ədəd yol nişanı quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəklişi işləri aparılacaq.

Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq. 

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh