Burada yük avtomobilinin sürücüsü qaydaları pozubmu? - DOĞRU CAVAB

Yarışma 24 Avqust 2017 21:10 Oxunub 1679
Burada yük avtomobilinin sürücüsü qaydaları pozubmu? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual dayanma və durma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Yük avtomobilini bu vəziyyətdə duracağa qoyan sürücü qaydaları pozubmu?

a) Əgər yük avtomobilinin icazə verilən maksimal kütləsi 3,5 tondan azdırsa, pozmayıb;

b) Hər bir halda pozub;

c) Əgər piyadaların hərəkətinə mane yaradırsa, icazə verilən maksimal kütləsindən asılı olmayaraq pozub.

Sualın doğru cavabı belədir: Parklanma üsulunu bildirən 7.6.2 lövhəciyinin qüvvəsi icazə verilən maksimal kütləsindən asılı olmayaraq yük avtomobillərinə aid deyil. Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Yük avtomobilini bu vəziyyətdə duracağa qoyan sürücü qaydaları hər bir halda pozub.

Suala ilk doğru cavabı Arif adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh