Bakıda saxlanılan avtoxuliqan: “Bağışlayın, özümü günahkar bilirəm” – VİDEO

Qaydalar 25 Avqust 2017 14:30 Oxunub 3551
Bakıda saxlanılan avtoxuliqan: “Bağışlayın, özümü günahkar bilirəm” – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Seymur Hənifəyevin nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 15 gün müddətində inzibati həbs edilib

Avqustun 23-ü Yol Polisi tərəfindən Yasamal rayonu kənar dairəvi yolda Seymur Hənifəyevə idarə etdiyi “VAZ 2107” markalı avtomobilin konstruksiyasında dəyişiklik edildiyi üçün “saxla” əmri verilib. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, ancaq sürücü əmrə tabe olmayaraq hərəkətə davam edib. Dəfələrlə edilən çağırışlara baxmayaraq ictimai qaydanı və əhalinin dincliyini pozan HənifəyevLökbatan qəsəbəsində süni tıxac yaradılaraq saxlanılıb. Seymur Hənifəyev – Avtoxuliqan: “Bağışlayın. Özümü günahkar bilirəm”.

Yasamal rayonu məhkəməsinin qərarı ilə Seymur Hənifəyevin nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Özü isə 15 gün müddətində inzibati həbs edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh