Dünya liderlərinin sirr dolu mühafizə xidmətləri – SİYAHI

Yazarlar 25 Avqust 2017 18:44 Oxunub 13170
Dünya liderlərinin sirr dolu mühafizə xidmətləri – SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O “kortec”lər ki, yaddaşımıza yanmayan, suda batmayan, güllə keçirtməyən kimi həkk olunub

Ölkə liderlərinin qorunması, onların mühafizə xidmətləri haqqında səsləndirilən fikirlər, əfsanələr, şayələr olduqca çoxdur. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, dünya mediasında da gündəmdə olan liderlərin həyatı və onların qorunması diqqət mərkəzində olan əsas aspektlərdən biridir. Hələ qədim zamanlardan etibarən birinci şəxs özünü müdafiə və mühafizə üçün silahlardan, peşəkar döyüşçülərdən istifadə edib. Prezident qoruması deyərkən, öncə ağlımıza iri bədənli, hündür, qara kostyumda və qara eynəkdə, silahla təmin olunmuş insan, həmçinin bahalı maşınlardan ibarət “kortec” gəlir. O “kortec”lər ki, yaddaşımıza yanmayan, suda batmayan, güllə keçirtməyən kimi həkk olunub. Ümumiyyətlə dövlətin birinci şəxsinin mühafizəsi dövlət xüsusi təşkilatları tərəfindən daimi əsasda həyata keçirilən kompleks tədbirlərini özündə ehtiva edir.  

Ölkələrdə birinci şəxsin mühafizə xidmətləri

Azərbaycan Respublikası, prezident İlham Əliyev və onun şəxsi mühafizə xidməti.

Qafqazın ən böyük ölkəsi olan Azərbaycanda prezidentin mühafizə xidmətini Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir. Ölkə lideri olan prezident İlham Əliyevin şəxsi mühafizəsini 10-20 arası “MERCEDES”, “CADİLLAC” avtomobillər, 50-dən çox mühafizəçi və  polislər müşayiət edir.

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökümət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.

Dünyanın hegemon dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatları. Hazırkı prezident Donald Tramp və onun şəxsi mühafizə xidməti.

Öz səmimiyyəti və əxlaqi keyfiyyətləri ilə fəqrlənən ABŞ prezidenti Donald Trampı 100-dən çox avtomobil “kortec”i, 80-dən çox polis, havadan isə 2-3 helikopter müşayiət edir. “Kortec”ində “CADİLLAC” markalı yerli avtomobillər üstünlük təşkil edir.

Hələ yeni prezident seçilərkən Ağ Evə gələn Donald Trampın çəkilən bu fotosu medianın əsas mövzularından biri oldu. Onu müşayiət edən şəxsi qorumaların “süni qol”dan istifadə edir,- deyə haqqında fikirlər səsləndirildi. Bu da o deməkdir ki, əsas işlək qollar pencəyin altında gizlədilir və müəyyən təhlükə anında o əldən istifadə edilərək qoruma funksiyasını həyata keçirir.

Məlumat üçün qeyd edək ki, ABŞ-da analoji tapşırığı 1865-ci il aprelin 14-də yaradılmış Məxfi Xidmət (“United States Secret Service” (USSS)) yerinə yetirir. O, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə tabedir (2003-cü ilədək ABŞ Maliyyə Nazirliyinə tabe olub).

Məxfi Xidmətin funksiyaları aşağıdakılardır:

birinci şəxslər və onların ailə üzvlərinin mühafizəsi;

ABŞ valyutası və digər qiymətli kağızların, sənədlərin saxtalaşdırılmasının qarşısının alınması;

bəzi növ cinayətlərin istintaqının aparılması;

obyekt üçün potensial təhlükələrin aşkara çıxarılması və hazırlıq mərhələsində onların qarşısının alınması;

birinci şəxs üçün təhlükənin aradan qaldırılması üzrə planların hazırlanması və onların istifadə üçün digər bölmələrə ötürülməsi;

prezidentin səfərlərdə, işdə və olduğu digər yerlərdə sutka ərzində fiziki mühafizəsi

Kibercinayətkarlıqla mübarizə, kütləvi tədbirlər keçirilərkən asayişin təminatı da buraya daxildir.

Rusiya Federasiyası, prezident Vladimir Putin və onun şəxsi mühafizə xidməti.

Rusiyada prezidentin təhlükəsizliyi Federal Mühafizə Xidmətinin tərkibində yaradılmış Rusiya Federasiyası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir. Federal Mühafizə Xidməti 1991-ci il iyulun 19-da dövlət başçısının xüsusi sərəncamı ilə təsis edilib. Fəaliyyəti ərzində həm ölkə daxilinə, həm də xarici dövlətlərə səyahət zamanı Rusiya prezidentinin həyatına bir neçə sui-qəsdin qarşısını alıb.

Vladimir Putinin də şəxsi mühafizə xidməti eynilə Donald Trampla eynidir. Avtomobil kortecinin və şəxsi mühafizənin sayı demək olar ki eynidir. “Kortec”ində alman istehsalı olan ‘MERCEDES” markalı avtomobillər üstünlük təşkil edir.

Hindistan, Baş nazir Narendra Modi və onun şəxsi mühafizə xidməti.

Hindistanın 14-cü baş naziri olan Narendra Modinin şəxsi mühafizəsi digər iri dövlətlərə baxanda çox zəifdir. Baş nazirin özü alman istehsalı olan “BMW”markalı maşında əyləşsə də onun müşayiət edən “kortec” əsasən yerli istehsal olan avtomobillərdən ibarətdir. Qeyd edək ki, burada ölkəni təmsil funksiyasını Baş nazir icra edir.

Türkiyə Cümhuriyyəti, Rəcəb Tayyib Ərdoğan və onun şəxsi mühafizə xidməti.

Avropa qitəsinin ən iri dövlətlərindən biri olan Türkiyə əsas söz sahibi olan ölkələr siyahısındadır. Ölkənin birinci şəxsi prezident Rəcəb Tayyib Ərdoğan liderlər arasında şəxsi nüfuza malikdir. Onun şəxsi mühafizə xidmətinə “MERCEDES”, “CADİLLAC” avtomobilləri, şəxsi təyyarə və 60-dan çox mühafizəçi tabedir.


Prezidentin təhlükəsizlik xidmətində, bundan başqa, texniki xidmət işçiləri də var. Onlar struktur bölmələri və ayrı-ayrı əməkdaşlar arasında davamlı rabitəni təmin edirlər. Mütəxəssislər, bundan başqa, prezidentin qəbul edəcəyi qida və suda zəhərin, o cümlədən insan üçün təhlükəli şüalanmanın olub-olmadığını yoxlayırlar. Prezidentlərin təhlükəsizlik xidmətləri sui-qəsd və digər aqressiv təzahürlərin qarşısını almaq üçün bütün imkanlara malikdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh