"BMW"-dən yeni rodster Z4 - FOTO

Avtosfer Foto 25 Avqust 2017 19:44 Oxunub 2417
"BMW"-dən yeni rodster Z4 - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Rodsterin seriyalı versiyası 2018-ci ilə işıq üzü görəcək

BMW şirkəti rəsmi olaraq konseptual rodster Z4 Concept-i təqdim edib. Bu, üçüncü nəsil seriyalı Z4 modeli barədə təsəvvür yaradacaq. Yenilik ABŞ-da, Pebbl Biçdə keçiriləcək müsabiqəsində geniş kütlə qarşısına çıxarılacaq. Şirkətdən bildiriblər ki, konseptin hazırlanmasında klassik BMW rodsterlərindən, o cümlədən əfsanəvi yürüş avtomobili 328 Mille Miglia-dan ilhamlanıblar. Prototip Bavariya markasına uyğun olmayan bir sıra qeyri-standart üslub həlləri alıb, o cümlədən qabaq işıqlar Z8-dəki kimi vertikal olub, V-şəkilli karbon bamper. Salonun sürücü oturan hissəsi metal dekorativ elementlərdən və sükan arxasında olan qırmızı sürət qutusu ötürücülərindən başqa, qara rəngdə hazırlanıb. BMW Z4 Concept-in texniki hissəsi barədə ətraflı məlumat verilməyib. Rodsterin seriyalı versiyası 2018-ci ilə işıq üzü görəcək. Hazırda yenilik G29 indeksi ilə tanınır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh