Biznesmen qaçırılmış maşının dalınca Bakıya gəldi və oğrunu tapdı - VİDEO

Maraqlı 25 Avqust 2017 15:35 Oxunub 5029
Biznesmen qaçırılmış maşının dalınca Bakıya gəldi və oğrunu tapdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biznesmen qaçırılmış avtomobili ilə Azərbaycandan Rusiyaya qayıdıb

Moskvatrafından olan və avtomobil kirayəsi biznesi ilə məşğul olan biznesmen oğurlanmış avtomobilinin dalınca Bakıya gəlib çıxıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, biznesmen kirayəyə verdiyi avtomobilin qaçırıldığı barədə polisə üç dəfə ərizə verib. Lakin nəticə əldə olunmadığını görəndə özü təhqiqata başlayıb. O, avtomobildə quraşdırılmış GPS-naviqatordan alınan siqnallar əsasında əvvəlcə Rostov vilayətinə gedib, daha sonra məlum olub ki, avtomobil Rostovdan Bakıya aparılıb. Avtomobilin dalınca Bakıya gələn və GPS-mayakın koordinatları əsasında onun yerini müəyyən edən biznesmen Rusiya səfirliyinə müraciət edib. Səfirlik isə yerli hüquq-mühafizə orqanlarını məlumatlandırıb və avtomobil tapılaraq sahibinə qaytarılıb. Biznesmen qaçırılmış avtomobili ilə Azərbaycandan Rusiyaya qayıdıb. Maraqlıdır ki, qaçırılmış avtomobil axtarışda olduğu müddətdə 3 min kilometrdən çox yol gedib dövlət sərhədini keçsə də heç kimin diqqətini cəlb etməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh