Meksika Rusiyadan 10 ədəd “SSJ100” təyyarəsi almaq niyyətindədir

Texnologiya 25 Avqust 2017 15:38 Oxunub 1186
Meksika Rusiyadan 10 ədəd “SSJ100” təyyarəsi almaq niyyətindədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha 8 "Interjet" avialayneri 2017-2018-ci illərdə alınacaq

Rusiyanın Ticarət və Sənaye Nazirliyində bu ilin sonunadək Meksikanın "Interjet" şirkətinə 10 ədəd Sukhoi Superjet 100 (SSJ100) təyyarəsinin tədarükünə dair müqavilənin imzalanmasına ümid edirlər. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu barədə nazir Denis Manturov məlumat verib. “SSJ100” təyyarələri istehsal edən "Suxov mülki təyyarələri" şirkətində "Interjet" ilə danışıqların davam etdirildiyini təsdiq ediblər və qeyd edilib ki, detalları açıqlamaq üçün hələ tezdir. Rusiya “SSJ100” təyyarələrinin xarici bazarlara satışında fəaldır. Meksikanın "Interjet" aviadaşıyıcısı hazırda “SSJ100” təyyarəsinin ən iri ekspluatantlardan biri sayılır. Şirkət 2013-cü ildən Rusiya laynerlərində uçuşları yerinə yetirir. Qeyd edək ki, "Suxov mülki təyyarələri" şirkəti ilə "Interjet" arasında 30 ədəd “SSJ100” alınması ilə bağlı müqavilə var və onlardan 22-si artıq göndərilib. Daha 8 "Interjet" avialayneri 2017-2018-ci illərdə alınacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh