Qubada 45 sürücüyə protokol yazıldı - VİDEO

Avtoreyd 25 Avqust 2017 16:11 Oxunub 1631
Qubada 45 sürücüyə protokol yazıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reyd zamanı avtomobilə əlavə avadanlıq quraşdıran, qadağan olunan yerdə ötmə əməliyyatı edən və sürət həddini aşan sürücülərə daha çox rast gəlinib

Qubada hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində qayda pozan 45 sürücü barəsində inzibati cəza tədbirləri görülüb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, onlardan ikisi sürücülük hüququ olmadan, biri isə sərxoş halda maşını idarə etdiyi üçün cəzalandırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının II tağımının əməkdaşları ölkəmizin əsas turizm zonalarından sayılan Qubada və Xaçmazda yay aylarında hərəkətin intensivliyi xeyli artdığından belə reydləri mütəmadi olaraq həyata keçirirlər. Reyd zamanı avtomobilə əlavə avadanlıq quraşdıran, qadağan olunan yerdə ötmə əməliyyatı edən və sürət həddini aşan sürücülərə daha çox rast gəlinib. Tağım komandiri Arzu Nurəliyev bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Bu kimi reydlərin keçirilməsində məqsəd avtomobilləri sərxoş vəziyyətdə idarə edən və digər qaydaları pozan sürücüləri aşkara çıxararaq onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh