Bakıda piyada keçidi bərbad vəziyyətə salındı - VİDEO

Yazarlar 26 Avqust 2017 02:23 Oxunub 1450
Bakıda piyada keçidi bərbad vəziyyətə salındı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvvəllər keçidə nəzarət olsa da sonradan baxımsızlıq üzündən keçilməz hala düşüb

Külli miqdarda vəsait xərclənərək inşa edilmiş keçid məsuliyyətsizlikdən yararsız hala düşüb. Fotoları votsap nömrəsinə sakinlərdən biri göndərib. Acnacaqlı mənzərənin yaşandığı məkan paytaxtın Qaradağ rayonu, dəmiryolu stansiyasının yaxınlığıdır.

Sakinlərin sözlərinə görə, yeraltı keçid bir neçə il əvvəl təmir edilib. Əvvəllər keçidə nəzarət olsa da sonradan baxımsızlıq üzündən keçilməz hala düşüb.

Sakinlər deyir ki, Bakı-Qazax magistralının altında olan həmin keçidə dəfələrlə lampa alıb qoysalar da oğurlayırlar. Hətta keçidin lambirindən olan tavanını belə söküb aparıblar. Sallanmış dəmir parçaları və elektrik naqilləri isə başqa bir təhlükədən xəbər verir.

Qaranlıq və natəmiz olduğu üçün sakinlər məcbur qalıb, həyatlarını təhlükəyə ataraq avtomobillərin saatda 110 kilometr sürətlə hərəkət etdiyi yoldan keçirlər. Buna görədə ərazidə bir neçə dəfə piyada vurulma halları da baş verib.

Sakinlərinin sözlərinə görə, həmin keçiddən 500-dən çox ailə istifadə edir. Onlar çıxış yolu kimi, keçidə təmizlik işçisinin və mühafizəçisinin olmasını tələb edirlər. Keçidin aid olduğu Qaradağ rayon Mənzil-Komunal Təsərüffat Birliyinin 109 saylı Mənzil-Komunal İstisimar Sahəsinin rəisi Qasım Süleymanov bildirdi ki, keçidin təmizliyi bundan sonra mütəmadi şəkildə aparılacaq. Elə bizim çəkilişimizdən sonra təmizlik işçilərinin işə başladıqlarını gördük. Yəqin ki, keçidin təmiri, kamera və mühafizə ilə təmin edilməsi də müvafiq qrum tərəfindən həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh