38 sürücü cərimələndi- Səbaildə REYD - FOTO

Avtoreyd 26 Avqust 2017 14:01 Oxunub 4445
 38 sürücü cərimələndi- Səbaildə REYD - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cəriməni yerindəcə ödəyən sürücülərin avtomobilləri dərhal buraxılıb

Dünən Daxili İşlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirdiyi təmiz hava aylığı çərçivəsində Səbail rayon dövlət yol polisi şöbəsinin əməkdaşları rayon ərazisində reyd keçirib. Reyd zamanı istismar olunan nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı yoxlanılıb. Reyd zamanı 11 avtomobildə zəhərli qazların həcmi normadan artıq olub. “VAZ”, “Qazel”, “Opel” markalı avtomobillərdə zəhərli qazların miqdarı artıq təşkil edib. Bəzi sürücülər etiraz etsə də onlar barəsində inzibati qaydada protokol tərtib edilib.

Səbail rayon dövlət yol polisi şöbəsinin baş inspektoru Azər Qarayev Avtosfer.az-a bildirib ki, ay ərzində görülən tədbirlər nəticəsində daha 23 sürücüyə analoji protokollar tərtib edilib. 

Reyd zamanı cərimələri 3 aydan artıq müddətdə ödəməyən 4 avtomobil saxlanılıb. Onlar biri xanım sürücü olub. Xanım sürücü deyib ki, avtomobili adətən oğlu idarə etdiyi üçün onun bu cərimələrdən xəbəri olmayıb. Lakin buna baxmayaraq sözügedən avtomobil də cərimə meydançasına aparılıb. Sürücülərdən ikisi cəriməni yerindəcə ödədiyi üçün avtomobilləri dərhal buraxılıb. 

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh