Maşın yeniyetməni vurub öldürdü

Qaydalar 27 Avqust 2017 01:23 Oxunub 1203
Maşın yeniyetməni vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü yaralını öz avtomobili ilə xəstəxanaya apararkən yolda dünyasını dəyişib

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 18.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 118-ci kilometrliyində Muğanlı kəndi ərazisində baş verib. “VAZ 2106” markalı minik avtomobili yolu keçən 14 yaşlı oğlanı vurub. Sürücü yaralını öz avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına apararkən, o yolda dünyasını dəyişib. Ölən yeniyetmənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh