Azərbaycanda yol terroru - Ölən 5 nəfərdən 4-ü uşaqdır - VİDEO

Avtoxəbər 27 Avqust 2017 02:46 Oxunub 7458
Azərbaycanda yol terroru - Ölən 5 nəfərdən 4-ü uşaqdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaqlardan ikisi maşınla suya düşərək boğulub, ikisini isə maşın yolda vurub

Minik avtomobili kanala aşıb, 2 qardaş suda boğulub. Avtosfer.az-ın məlumatına görə,ağır qəza Bərdənin Yuxarı Qarabağ Bəcirəvan kəndindən keçən hissəsində baş verib. Kənd sakini Akif Abdullayev idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın Yuxarı Qarabağ kanalına aşıb. Sürücü Akif Abdullayev sudan çıxa bilsə də, qardaşının avtomobildə olan nəvələri, iki qardaş - 11 yaşlı Asif Əsədov və 13 yaşlı Mirələm Əsədov kanalda boğulublar. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb edilib və 11 yaşlı Asif Əsədovun meyiti hadisənin baş verdiyi yerdən 25 km aralıda - Ağcabədi rayonunun "Dördyol" adlanan ərazisində sudan çıxarılıb. Digər qardaşın axtarışları isə davam etdirilir. Ağcabədidə yaşayan uşaqların Bərdəyə babalarıgilə qonaq getdiyi bildirilir.

Tovuzda isə minik avtomobili iki azyaşlını vuraraq öldürüb. Hadisə rayonun Əyyublu kəndində baş verib. Şəmkirin Sabirkənd kənd sakini, 64 yaşlı Əbülfət Vəliyev idarə etdiyi minik avtomobili ilə Əyyublu kənd sakini 12 yaşlı Pərvin Kərimovu və Bayramlı kəndindən buraya qonaq gələn 10 yaşlı Əfsanə Qəfərovanı vurub. Uşaqlar aldıqları xəsarətlərdən dünyalarını dəyişiblər. Sürücü isə hadisə yerindən qaçsa da, bir müddət sonra saxlanılıb. Hadisə uşaqlar küçədə oynayan vaxt baş verib.

Salyanda isə yük maşını piyadanı vuraraq öldürüb. Rayon sakini, 79 yaşlı İngilis Məmmədov Ələt-Astara magistral yolunu keçmək istəyərkən yük maşını onu vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq İngilis Məmmədov bir neçə saatdan sonra xəstəxanada dünyasını dəyişib. Hər 3 faktla bağlı araşdırma aparılır.

Daha bir qəza paytaxt Bakıda baş verib. Xətai rayonu Zığ şossesində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.

"Mersedes" markalı avtomobilin sürücüsünün dediyinə görə, hadisəyə məhz o səbəb olub. Belə ki, o, sükan arxasında ani olaraq yuxulayıb. Nəticədə idarəetmədən çıxan avtomobil əvvəlcə yol kənarındakı hasara çırpılıb. Daha sonra zərbənin təsirilə yola çıxaraq qarşıda hərəkət edən başqa bir maşına dəyib.

Faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh