Dayanacaq, yoxsa elan lövhəsi? - Avtobus dayanacağı bərbad durumda - VİDEO

Yazarlar 27 Avqust 2017 10:22 Oxunub 1445
Dayanacaq, yoxsa elan lövhəsi? - Avtobus dayanacağı bərbad durumda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dərzi, quyuqazan və antena düzəldən axtarırsınızsa bu dayanacağa yaxınlaşın

Biri ziyarət təşkil edir, digəri keçiriləcək meyxana konsertinin elanını verir. Dərzi, quyuqazan, antena düzəldən, makler axtarırsınızsa bu dayanacağa yaxınlaşmağınız kifayətdir. Deyəsən bəziləri reklam lövhəsi ilə dayanacağı səhv salıblar. Bakının Maştağa qəsəbəsində yerləşən dayanacaqlardan birinə sanki elanlardan libas geyindirilib. Hətta bəziləri daha ucuza qaçmağa çalışıblar -reklam və elanların arasında əl yazısı olanlar da var. Saralmış kağızlar isə elanların illərdir dayanmadan yapışdırıldığını sübut edir. Bu "xəbərdarlığı" yazana isə söz tapmaq olmur.

Elan yapışdıranların bir çoxunun bunun qanun pozuntusu olduğundan xəbəri yoxdur.

"Reklam haqqında" qanuna görə küçə elanları asılmazdan əvvəl İcra hakimiyyətlərindən icazə alınmalıdır. Əks halda İnzibati Xətalar Məcəlləsinə görə fiziki şəxslər 50, vəzifəlilər 150-250, hüquqi şəxslər isə 500 manata yaxın cərimə oluna bilərlər. Yeni yaradılan Dövlət Reklam Agentliyinin isə bu sahədə şəffaflığı artıracağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh