Bunu yanğınsöndürən olmadan idarə etmək olar – SUALIN CAVABI

Yarışma 1 Dekabr 2014 15:45 Oxunub 1993
Bunu yanğınsöndürən olmadan idarə etmək olar – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalibin adını açıqlayır. Sual nəqliyyat vasitələrinin texniki təchizatına və sürücülərin vəzifələrinə aiddir. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov tərəfindən tərtib olunan və «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim edilən sual belədir: 

Şəkildə gördüyünüz nəqliyyat vasitəsi üçün nə qadağan deyil?

A) Bu nəqliyyat vasitəsinin motodəbilqə geyinməyən sürücü tərəfindən idarə edilməsi;

B) Bu nəqliyyat vasitəsinin odsöndürən olmadan idarə edilməsi;

C) Bu nəqliyyat vasitəsinin dərman qutusu olmadan idarə edilməsi;

Ç) Bunların heç biri.

 

Suala oxucular tərəfindən verilən cavabları təqdim edirik:

Eldegiz Balabeyli - Menim fikirimce, bu, C variantıdır

Qahir Ekberov - B varianti

Rena Mamedova - C) Bu nəqliyyat vasitəsinin dərman qutusu olmadan idarə edilməsi;

Elnur Qasimov - B) Bu nəqliyyat vasitəsinin odsöndürən olmadan idarə edilməsi;

Ulvi Meherremli - hec biri. Variant Ç

Vusal Imanov - Yanqoşqulu motosikletdə - dərman qutusu, qəza dayanma nişanı yanıb-sönən qırmızı fənərolmalidi.debilqesiz idare etmek qadaqandir.odsöndürən olmadan idarə edilməsi ise qadaqan deyil. Demeli, duzgun cavab B. Bu nəqliyyat vasitəsinin odsöndürən olmadan idarə edilməsi;

Sediyar Qasimov - Ç) Bunların heç biri.

Hilal Bəbişov  - Bunlarin hec biri

Rauf Mamedov - C

Sualın doğru cavabı isə belədir: Şəkildə yan qoşqulu motosiklet verilmişdir. Bu nəqliyyat vasitəsinin sürücüsünün vəzifələri «Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsində, onun texniki təchizatına dair müddəalar isə bu Qanuna 1 saylı əlavədə verilib. Həmin normaları təhlil etdikdə aydın olur ki, belə motosikleti odsöndürən olmadan idarə etmək olar. Deməli, sualın doğru cavabə “B” variantı olacaq: Bu nəqliyyat vasitəsinin odsöndürən olmadan idarə edilməsi qadağan deyil. Beləliklə, ötən həftənin qalibi Elnur Qasımovdur. O, suala ilk və ətraflı cavab verib. Qalibi təbrik edirik. «Repsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59 nömrəli telefona zəng etmək xahiş olunur.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh