Bu yolda 10 kilometer məsafədə ötmə əməliyyatı qadağandır - VİDEO

Avtoxəbər 28 Avqust 2017 00:42 Oxunub 5738
Bu yolda 10 kilometer məsafədə ötmə əməliyyatı qadağandır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər bir neçə dəfə mənasız yerə cərimələndiklərini deyirlər

10 kilometrədək yolda ötmə əməliyyatı qadağandır. Görüntülər Bakı-Quba yolundandır. Magistral yolun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisinə düşən hissəsində 10 kilometrədək məsafədə qoşa xətt çəklilib. sürət həddi bəzi yerlərdə 70, digər ərazidə isə 60 kilometr/ saat müəyyənedilib. 10 kilometrədək məsafədə isə ötmək üçün yer qoyulmayıb. Bu da yolda nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur.

Sürücülər deyirlər ki, həmin yolda sənaye müəssisələri çoxluq təşkil etdiyindən bu ərazidə iri tonnajlı maşınlar ,traktor və digər yük avtomobilləri istədikləri sürət həddini seçirlər. Məhz ona görə də sürücülər bəzi hallarda qarşıdakı nəqliyyat vasitəsini keçmək məcburiyyətində qalırlıar. Bu da onların cərimələnməsi ilə nəticələnir.

Yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, 10 kilometrə yaxın məsafədə ötməni qadağan etmək düzgün deyil. Bu, həmin yolda nəqliyyat vasitələrinin sürətinə təsir edir və tıxacların yaranmasına səbəb olur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh