Goranboy sakini kartof çıxaran texnika icad etdi - VİDEO

Xəbərlər 28 Avqust 2017 00:44 Oxunub 1992
Goranboy sakini kartof çıxaran texnika icad etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müxtəlif avtomobillərin və traktorun hissələrindən yığılan texnika 2 aya ərsəyə gəlib

Müxtəlif avtomobillərin və traktorun detallarından yığılıb, kartof çıxarmaq üçün əvəzsiz rola malikdir. Şəmkir sakini olan və 10 ildən artıqdır Goranboyda yaşayan Elmar İsmayılov rayonun ucqar dağ kəndlərində icad etdiyi texnika ilə təsərrüfatçılara xidmət edir. Uzun illər avtomobil təmiri sexlərində çalışan Elmar İsmayılov yaşadığı dağ kəndinin kartofçuluqla məşğul olduğunu və bu işlərin əl əməyi ilə aparılıdığını görüb. Kartof çıxarmaq işini daha da asanlaşdırmaq üçün isə bu cür texnika icad edib. Usta 4 dəfə cəhd etdikdən sonra istəyinə nail ola bilib. 2 min manata yaxın xərc çəkilərək hazırlanan texnika 2 aya ərsəyə gəlib. Onun köməyi ilə kartof əkinini, suvarılmasını və dərmanlanmasını da həyata keçirmək mümkündür.

Şəmkir sakini icad etdiyi texnika ilə kartof sahələrinə daxil olaraq məhsulu zədələmədən torpağın üzərinə çıxarır. Proses yekunlaşdıqdan sonra kənd sakinləri rahat şəkildə yığım aparırlar. Goranboyun Börü, Rus Borisi, Todan və digər ucqar dağ kəndlərində sahələrdə qızğın iş aparıldığından demək olar ki, texnikanın boş dayanan vaxtı yoxdur.

Sahibi maraqlı görünşə malik texnikanı satmaq fikrində deyil. O, daha təkmil texnikaların ixtirası üzərində işləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh