Qiymət baha, alıcı yox: Maşın bazarında son vəziyyət - VİDEO

Avtobazar 28 Avqust 2017 00:48 Oxunub 2642
Qiymət baha, alıcı yox: Maşın bazarında son vəziyyət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bazarda təklif çox olsa da, alıcı azdır

İstənilən markada və qiymətdə maşın var, amma alıcı tapılmır. Maşın bazarında bir neçə həftədir ki, qiymətlərin qalxması bazarda durğunluq yaradıb. Satıcılar deyir ki,maşınların qiyməti əvvəlki aylara nisbətən 1500 manata qədər bahalaşıb.Elə buna görə də bazara gələn qiyməti soruşub gedir.

Son bir neçə ildir ki ,ən çox satılan azhəcmli mühərriki olan alman avtomobilləri də alıcısız qalıb. Bu avtomobillərə hər zaman tələbat olduğundan qiymətlər də ən çox bu maşınlarda artıb.Alıcılar isə daha çox dizellə işləyən avtomobillərə üstünlük verir.

Həftələrlə bazarda münasib qiymətə avtomobil axtarıb tapa bilməyənlər də var. Bir neçə həftə öncə normal qiymətə təklif edilən maşınların birdən birə bahalaşması alıcıları da şoka salıb.

Ekspertlər isə bildirirlər ki potensial alıcıların çoxu münasib qiymətə istədikləri avtomobili internetdəki elanlar vasitəsi ilə alır. Çünki, həm əlvaə xərclər həm də adətən alverçilərin vasitəçiliyi olduğundan bazarlarda qiymət yüksək olur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh