Maşın başqasınındir, cərimə bildirişi ona gəlib - VİDEO

Xəbərlər 28 Avqust 2017 01:15 Oxunub 1573
Maşın başqasınındir, cərimə bildirişi ona gəlib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sahib olmadığı maşına görə evinə protokol göndərilib

Sürücü Ariz Muradova Dövlət Yol Polisi Şöbəsindən bildiriş gəlib. O, daha əvvəl "Opel" markalı avtomobil idarə etdiyini, daha sonra isə onu etibarnamə ilə başqasına satdığını deyir. Etibarnamə müddətinin bitməsi səbəbindən cərimənin onun adına yönləndiriləcəyi ehtimalı var, amma sürücü bunun da mümkün olmadığını deyir. Çünki bildirişdə göstərilən dövlət nömrə nişanı əvvəlki ilə üst-üstə düşmür. Protokolda bildirişin bununla ikinci dəfədir ki, gəldiyi və cəriməni ödəmədiyi halda sürücünün məhkəməyə veriləcəyi əks olunub.

Ariz Muradov bundan əvvəl heç bir bildiriş almadığını deyir. Artıq işin məhkəməyə göndərildiyini öyrənən sürücü, vəsiqəsinin əlindən alınacağından qorxur.

Məsələni Baş Dövlət Yol Polisi İdarəsində araşdırdıq. Məlum oldu ki, bildirişdə göstərilən avtomobil əslində Məsut Bağırov adlı şəxsə aiddir. Qayda pozuntusunun cəriməsi ödənilmədiyindən iş məhkəməyə göndərilib. Bildirişin ikinci dəfə göndərilməsi zamanı texniki səhv baş verdiyindən məlumatlar kağıza səhv yönləndirilib. Yol Polisi İdarəsindən bildirdilər ki, baş verən səhvi aradan qaldırdılar və sürücü Ariz Muradov sahib olmadığı avtomobilə görə heç bir cərimə ödəməyəcək. Onun sürücülük vəsiqəsinin əlindən alınması isə müzakirə mövzusu deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh