Məmur oğlunun törətdiyi qəza ilə bağlı TƏFƏRRÜAT

Yazarlar 28 Avqust 2017 12:22 Oxunub 1199
Məmur oğlunun törətdiyi qəza ilə bağlı TƏFƏRRÜAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hadisə avqustun 27-si gecə saat 1-2 radələrində baş verib"

Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törədib. Ə.Həsənovun oğlu İlqar Həsənovun idarə etdiyi maşın 5 nömrəli məktəbin həyətinə girib. Avtosfer.az bildirir ki, məsələ ilə bağlı publika.az-a məlumat verən məktəbin direktoru İradə Məmmədova bildirib ki, hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb. "Hadisə avqustun 27-si gecə saat 1-2 radələrində baş verib. Məktəbin binasına ziyan dəyməyib. Sadəcə, hasarın küncündə işıq dirəyinə çırpılan maşın onu yerə aşırıb. Hasarın künc divarını uçurub. Hadisə yerinə baxış keçirilib. İşıq dirəyi bərpa edilib, yəqin ki, məktəbin hasarı ilə bağlı da tədbir görüləcək".

İ.Məmmədova hadisə baş verən zaman gözətçinin məktəbdə olduğunu deyib: "Gözətçi zərbə səsinə çölə çıxıb, bir maşının hasara çırpıldığını görüb. Maşının məktəbin binasına daxil olmasına az məsafə qalıb. Məktəbimiz yol kənarındadır, amma, yəqin ki, sürət həddi yüksək olub. Çünki bizim məktəbdən başqa yaxınlıqdakı ərzaq mağazasının həyətdəki soyuducusuna da zərər vurub. Dərhal hadisə yerinə sürücünün qohumları gəlib. Sürücünün 23-24 yaşı olar, içkili olduğu deyilir. Çünki o sürətlə normal insan maşın idarə etməz".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh