Keçmiş məmur oğlundan indiki məmur övladlarına - SƏRT ÇAĞIRIŞ

Yazarlar 28 Avqust 2017 15:07 Oxunub 4808
Keçmiş məmur oğlundan indiki məmur övladlarına - SƏRT ÇAĞIRIŞ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aydın Abbasov: "Sürətinizi azaldın, bəsdirin"

Sabiq millət vəkili, Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğlu Aydın Abbasov məmur övladlarına çağırış edib. O, feysbookda yazdığı statusunda məmur övladlarını və onların qohumlarını "sürəti azaltmağa" dəvət edib: "Hörmətli və əzəmətlı yüksək məmur və vəzıfə başında olan insanların övladları, nəvələri, kürəkənlərı, bacısı, qardaşları və əminəvəsi övladları!

Sürətınizi azaldın, bəsdirin öz əməllərınizlə ətraf mühitə və doğmalarınıza ziyan verməyə! Adam vurmaq, öldürmək istəyirsinizsə bir qrup yaradaq, gedək düşmənlərimizi vuraq.

İnsanın başına hər an bir iş gələ bilər, sadəcə olaraq bilin ki, siz əməllərinizlə və məsuliyyətsiz hərəkətlərinizlə özünüzü də məhv edirsiniz".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh