Hərrac var: "Mitsubishi" 3750 AZN, "Opel" 1500 AZN - QİYMƏTLƏR

Avtobazar 28 Avqust 2017 17:45 Oxunub 6321
Hərrac var: "Mitsubishi" 3750 AZN, "Opel" 1500 AZN - QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əmlak Məsələləri Dövlət Komitəsi avqust ayında avtomobillərin növbəti hərracını keçirəcək

Dövlət komitəsi avqustun 29-da baş tutacaq hərraca 6 ədəd nəqliyyat vasitəsi çıxarılacaq. 1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Xüssusi Dövlət Mühafizə Xidmətinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Avtosfer.az Baku.ws-ya istinadla xəbər verir ki, sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir) 

Həmin nəqliyyat vasitələrinin siyahısını təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh