Toydan sonra atəşfəşanlıq - Hüququmuz necə pozulur? - VİDEO

Qaydalar 28 Avqust 2017 23:21 Oxunub 1439
Toydan sonra atəşfəşanlıq - Hüququmuz necə pozulur? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunla qadağan edilsə də bu hal demək olar ki hər gün təkrarlanır

Toydan sonra edilən atəşfəşanlıqın səsi qulaq batırır. Bu hal dəqiqələrlə, hətta yarım saata qədər davam edir. Toydan sonra edilən atəşfəşanlıq bəzi toy sahiblərinə xoş gəlsə də, həmin restoranların yaxınlığında yaşayan sakinlərin narahatlığına səbəb olur. Üstəlik, bu hal demək olar ki, hər gün, həm də adətən gecə saat 12 dən sonra baş verdiyindən insanların istirahəti pozulur.

Şadlıq saraylarından isə bildirilir ki, adətən toy sahibləri özləri bu xidməti göstərən şirkətlərlə əlaqə saxlayır və atəşfəşanlıq təşkil edirlər. Restoran rəhbərliyi icazə vermədiyi halda onlar atəşfəşanlıqı restoran ərazisindən kənardan edirlər.

Hüquqşünaslar isə bu halın inzibati xətalar məcəlləsinin 521 maddəsi ilə qadağan edildiyini və gecə vaxtı insanların istirahət hüququnu pozanların böyük məbləğdə cərimələnməli olduğunu bildirir.

Qanunla qadağan edildiyi halda bu hal demək olar ki hər gün təkrarlanırsa deməli müvafiq qurumlar qanuna nəzarət gücləndirməlidir. İlk növbədə isə hüququ pozulan vətəndaşlar bununla bağlı ərazi üzrə polis bölmələrinə müraciət etməlidir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh