Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO

Avtoxəbər 28 Avqust 2017 23:29 Oxunub 1528
Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda yenidən torpaq sürüşməsi baş verib

Torpaq uçaraq yola tökülüb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bakı-Şamaxı yolunda torpaq sürüşməsi səngimək bilmir. Yolun 106-107-ci kilometrliklərində torpaq sürşməsi baş verib. Yolun bu hissəsində baş verən torpaq uçqununun qarşısını almaq məqsdəi ilə istinad divarı çəkilsə də sürüşmənin qarşısını almaq qeyri-mükündür. Sonuncu sürüşmə nəticəsində torpaq kütləsi beton piltələrin üzərindən nəqliyyat vasitələrinin intensiv hərkət etdiyi yolun çiyinlərinə tökülüb. Nəticədə də həmin ərazidə yolun bir hərəkət hissəsi bağlanıb. Səhər saatlarından başlayaraq əraziyə 8 saylı Şamaxı Yol İstismar İdarəsinin xeyli texnika və canlı qüvvəsi cəlb edilib.

Yola tökülən torpaq kütləsi texnikalar vasitəsi ilə təmizlənir.

Baş verə biləcək ani torpaq uçqunlarına vaxtında müdaxilə etmək məqəsədi ilə həmin ərazidə texnikalar növbəli şəkildə saxlanılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh