Qadın ölümdən son anda xilas oldu – Bakıda ŞOK VİDEO

Yazarlar 29 Avqust 2017 09:01 Oxunub 3915
Qadın ölümdən son anda xilas oldu – Bakıda ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusdan düşən kimi yola qaçmağın sonu belə olur

Yasamal rayonu A.M.Şərifzadə küçəsində dayanacqda dayanan avtobusun qarşısından qəfil yola çıxan piyada faicəvi ölümdən son anda xilas olub. Avtosfer.az xəbər verir ki, həmin küçədə svetoforun yaşıl işığının yanıb sönməsini və qadağanedici işığa keçməsini görən 90-FJ-098 qeydiyyat nişanlı "KIA Sportage" markalı avtomobilin sürücüsü sürəti artıraraq yüksək sürətlə yolayrıcına daxil olub. Bu zaman dayanacaqda dayanan avtobusun qarşısından yola çıxan piyada ölümdən son anda xilas olub. Sürücü onu vurmamaq üçün avtomobili maksimum dərəcədə ayırıcı zolağa tərəf çəkməklə qəzadan yayınıb.

Bu hadisədə initizamsılıq edən həm sürücünün, həm də piyadanın bəxti gətirir. Sürücü avtomobili sola biraz da artıq qaçırsaydı ayırıcı zolağın üstünə çıxaraq qarşı yoldakı avtomobillərin üzərinə aşacaqdı. Və yaxud, piyada bir an da yola tez çıxasydı avtomobil onu vuracaqdı.

Ona görə də yolda həm sürücü kimi, həm də piyada kimi intizamlı olmaq lazımdır. Heç kim heç nəyə və heç kimə arxalanmamlıdır. Hadisə bir anda olur. Yadda saxlamaq lazımdır ki, sonrakı peşmançılıq heç vaxt zamanı geri qaytarmır!

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh