Gənclər yadplanetliləri anbaan görüntülədilər - VİDEO

Maraqlı 29 Avqust 2017 18:05 Oxunub 1454
Gənclər yadplanetliləri anbaan görüntülədilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağacların arxasından çəkilən görüntülərin montaj olduğu da deyilir

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərin gerçək, yoxsa qurma olduğu haqqında geniş müzakirələr gedir. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Çində çəkildiyi iddia edilən görüntülərdə, gənclər səmada uçan yad cisim görür. UNO gördüklərini iddia edən bir qrup gənc avtomobil vasitəsilə uçan obyekti təqib edir və maraqlı görüntülər lentə alırlar.

 

Video görüntülərdə doğrudan da UNO-nun gözlənilmədən eniş etdiyi, hətta içərisindən insanabənzər məxluqların çıxdığı görünür. Ağacların arxasından çəkilən görüntülərin montaj olduğu da deyilir. Skeptiklər əmindirlər ki, videoçarx yalnız yadplanetlilərin gəmisinin Yerə enişi haqqında çəkilən filmlərdən götürülmüş kadrlardır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh