Pis qızları zelyonkalayan taksi sürücüsü polisə gəldi - VİDEO

Maraqlı 29 Avqust 2017 21:14 Oxunub 1532
Pis qızları zelyonkalayan taksi sürücüsü polisə gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi sürücüləri ondan dərs alaraq bu üsulla fırıldaqçı müştəriləri cəzalandırıb

Altı aydır ki, sosial şəbəkələrdə bir taksi sürücüsünün avara (atanşik) qızların üzünü zelyonkaladığı (brilliant yaşılı) görüntülənən video dolaşır. Avtosfer.az TASS-a istinadən xəbər verir ki, taksiyə pulsuz minən, üstəlik sürücü ilə əylənən qızları bu yolla cəzalandıran taksiçi özü polisə gəlib. Xabarovsk polisi bildirir ki, internetdə yayılan videodan sonra polis taksi sürücüsünü axtarırdı və onun şəxsiyyəti müəyyənləşdirilmişdi. Zelyonka ilə üzünü yumağa məcbur edilən qızların heç biri polisə müraciət etməyib. Taksi sürücüsü Xabarovskdan Vyazemskə işləyirmiş – 2 saatlıq yol! Hələ ki, taksi sürücüsünü hansı cəza gözlədiyi açıqlanmır.

"Maksim" taksi sifarişi xidməti isə özbaşına sürücünü işdən qovub. Amma ötən 6 ay ərzində bir çox taksi sürücüləri ondan dərs alaraq məhz bu üsulla fırıldaqçı müştəriləri cəzalandırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh