Bakıda nömrəsiz gəzən yarım milyonluq «Lamborghini» - FOTOLAR

Avtoxəbər 15 Dekabr 2014 18:55 Oxunub 10351
Bakıda nömrəsiz gəzən yarım milyonluq «Lamborghini» - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun nömrəsi var, amma kefi istəyəndə taxır, istəməyəndə taxmır

Gördüyünüz bu avtomobilin dəyəri yarım milyon dollardan artıqdır. Bakıya yeni ayaq açan «Lamborghini» almaq hər adama qismət deyil. Bahalı maşınla bahalı qayda pozuntusu törədənin kimliyini bilməsək də, fotolardan aydın olur ki, «Lamborghini» Bakı küçələrində bəzən dövlət nömrə nişanı olmadan hərəkət edir.  Biz əsla bu avtomobilin nömrəsinin olmadığını demirik. Nömrəsi var və 10 RM 784-dür. Auto.az saytının yaydığı fotolardan məlum olur ki, bu avtomobil Bakı küçələrində həm dövlət nömrə nişanı ilə, həm də nömrəsiz hərəkət edir. Avtomobili isə tez-tez Bakı Dövlət Sirkinin yaxınlığında görürlər. Görəsən, bahalı avtomobillərin nömrə nişanı olmadan idarə edilməsinə nə vaxt icazə verilib. Yoxsa, nömrə vuranda maşının dizaynı korlanır? Bəs qanunlar nə deyir?

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh