Usta sürücünü aldatdı: Həm maşını, həm də pulu getdi - VİDEO

Xəbərlər 30 Avqust 2017 02:25 Oxunub 1826
Usta sürücünü aldatdı: Həm maşını, həm də pulu getdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda usta barter etmək adı ilə bir nəfəri aldadıb

Avtomobilini barter etmək istəyən şəxsi aldadıblar. Hadisə paytaxtın Binəqədi rayonu 28- may qəsəbə sakini Ramin Şükürovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, ona qarşı fırıldaqlıq edən Mais Əzizov onların qəsəbəsində avtomobil təmiri sexində usta kimi işləyib. İki ay əvvəl Mais Əzizov Ramin Şükürovla avtomobillərini barter etmək məqsədi ilə razılığa gəliblər.

Ramin Şükürov deyir ki, həmin vaxt o, həm ''35-BD-802'' dövlət nömrə nişanlı ''vaz-2106'' markalı avtomobilini həmdə 200 manat pulunu Mais Əzizova verib...Zərərçəkmiş avtomobilini verərkən nəqliyyat vasitəsinin sənədlərini də təqdim edib.

Ramin Şükürov iddia edir ki, usta bu şəkildə qəsəbədə bir neçə vətəndaşa ziyan vurub. O, hər gün bir neçə dəfə Mais Əzizova zəng vursa da telefonuna zəng çatmır.

Məsələ ilə bağlı Ramin Şükürov ərazi üzrə Binəqədi rayonu 40-cı polis bölməsinə məlumat verib. Bölmədən 'verilən məlumata görə, həmin şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh