Bakıda “yol terroru” 8 ayda 110 can alıb

Qaydalar 30 Avqust 2017 16:17 Oxunub 1378
Bakıda “yol terroru” 8 ayda 110 can alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisələrin 32 faizi sürət həddinin aşılması səbəbindən baş verib

2017-ci il yanvarın 1-dən avqustun 26-a qədər Bakı şəhəri üzrə 375 yol qəzası qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 110 ölüm, 340 xəsarət baş verib. V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 hadisə, 6 ölüm, 117 xəsarət faktı azalıb, eyni zamanda xəsarət dərəcələri yüngülləşib. V.Əsədov bildirib ki, hadisələrin 32 faizi sürət həddinin aşılması səbəbindən baş verib. 62 faiz qəzalar isə piyadaların vurulması ilə nəticələnib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh