Azərbaycan yollarında ilk dəfə – Bu da oldu - FOTOLAR

Avtoxəbər 31 Avqust 2017 12:37 Oxunub 11622
Azərbaycan yollarında ilk dəfə – Bu da oldu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Magistral yolun kənarlarında xüsusi istirahət sahələri yaradılır

Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır. Avtosfer.az "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir. Bu addımın atılmasında məqsəd yolun yeni trassa üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar ki, keçməməsidir. Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət  sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb. İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh