Bakıda generalın bahalı maşınlarının təkərlərini deşdilər - İnsident

Avtoxəbər 31 Avqust 2017 14:37 Oxunub 2107
Bakıda generalın bahalı maşınlarının təkərlərini deşdilər - İnsident
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BMW", “Toyota” və “Mercedess Galendevagen”ə bıçaq vurdular

Bakı şəhərində bahalı maşınların təkərlərinin deşilməsi ilə bağlı kriminal hadisə baş verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda maşınların sahibi Hüseynov Etibar polis orqanlarına müraciət edib. O bildirib ki, ötən gün günorta saatlarında qızının həyat yoldaşı, Bakı sakini 1982-ci il təvəllüdlü Abdiyev Kamran Lətif oğlu ona məxsus olan Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olub. Bu zaman o idarə etdiyi “Hyundai” markalı maşınla həyətin darvazasını qırıb. Daha sonra həyətdəki E.Hüseynova məxsus olan 90 FH 018 nömrəli "BMW", 90 FG 494 nömrəli “Toyota” və 90 VX 949 nömrəli “Mercedess Galendevagen” markalı maşınların təkərlərini bıçaqla deşib.

Xəbərddə bildirilir ki, hadisəyə səbəb ailədaxili münaqişə səbəb olub. Belə ki, adıçəkilən şəxsin qızı boşanmaq istəsə də həyat yoldaşı buna razı olmayıb.

Məlumata görə, E.Hüseynov general-mayor rütbəsinə sahibdir və hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutub. Eyni zamanda, o, Azərbaycanın keçmiş hərbi komissarı, Milli Məclisin deputatı, general-leytenant Əliağa Hüseynovun əmisi oğludur. E.Hüseynovun qızı hazırda insident yaşadığı kürəkəni ilə ötən il ailə qurub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Reskator 1 Sentyabr 2017 16:39
General bu masinlari halal maasi ile alib